055 218 13 05

Zəmanət Siyasəti

Eksklüziv Seçim

Dubaydan.az "Qızıl Zəmanət" Kağızı

Standart zavod zəmanətindən əlavə olaraq, müştərilərimiz məhsulun növünə uyğun olaraq mağazamızdan ÖDƏNİŞLİ şəkildə fərdi zəmanət kağızı əldə edə bilərlər.

İstəyə görə əlavə edilən zəmanət paketləri:

3 AY
6 AY
12 AY

* Bu paketlərin qiyməti məhsulun dəyərinə və seçilən müddətə görə dəyişir. Ətraflı məlumat üçün satış menecerinə müraciət edin.

AR Qanunvericiliyinə əsasən 14 Gün

Məhsulun qablaşdırması açılmadığı, əmtəə görünüşü pozulmadığı və istifadə edilmədiyi təqdirdə 14 gün ərzində dəyişdirmə və ya qaytarma hüququnuz mövcuddur.

Zəmanəti ləğv edən (əhatə etməyən) hallar:

Aşağıdakı hallardan biri aşkarlandıqda, məhsulun zəmanəti (hətta Qızıl Zəmanət olsa belə) dərhal qüvvədən düşür:

Elektrik gərginliyinin kəskin dəyişməsi (yüksək/alçaq voltaj)
Mexaniki zədələr (yerə düşmə, sarsıntı, zərbə, sınma)
Maye təması (cihazın daxilinə su və ya rütubət dəyməsi)
Kənar müdaxilə (başqa usta tərəfindən açılma və ya təmir)
Zavod möhürlərinin (plombların) qırılması və ya silinməsi
İstilik, yanğın və ya günəş şüasının birbaşa zərərli təsiri
İcazəsiz proqram təminatı (rəsmi olmayan proshivka yazılması)
Zəmanət talonu kağızının itirilməsi və ya tamamilə oxunmaz olması