055 218 13 05

Qanunvericilik və Geri Qaytarma

AR İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun

Maddə 15.1: İstehlakçı aldığı lazımi keyfiyyətli qeyri-ərzaq malını başqa ölçülü, formalı, qabaritli, rəngli mal ilə dəyişdirmək və ya qaytarmaq hüququna malikdir. Bu hüququn tətbiqi üçün qanun aşağıdakı mütləq şərtləri tələb edir:

"Malın dəyişdirilməsi və ya geri qaytarılması o halda mümkündür ki, mal istifadə olunmasın, onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yararlılıq nişanı qorunub saxlanılsın."

Qutu və Qablaşdırma

Məhsulun orijinal qutusu cırılmamalı, əzilməməli və zavod tərəfindən vurulan plomb/plyonkalar açılmamalıdır.

İstifadə İzi

Məhsul bir dəfə belə elektrik şəbəkəsinə qoşulmamalı və sınaqdan keçirilməməlidir. İstifadə izi olan məhsul qəbul edilmir.

Proqram Təminatı

Elektron cihazların (TV Box, Tablet və s.) proqram təminatı aktivləşdirilməməli və şəxsi hesaba bağlanmamalıdır.

Müddət

Yalnız yuxarıdakı bütün şərtlər daxilində məhsul 14 gün ərzində geri qaytarıla və ya dəyişdirilə bilər.

MÜHÜM XƏBƏRDARLIQ!

Qanunvericiliyə əsasən, işlək vəziyyətdə olan məhsulun;
"Fikrimi dəyişdim", "Uşaq istəmədi", "Gözlədiyim kimi çıxmadı", "İşimi görmədi"
və ya subyektiv digər səbəblərlə qutusunun açılması və istifadə olunması, həmin məhsulun geri qaytarılmasına əsas vermir!